Voleybol
16.08.2013 12:44
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına yekun vurulub

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçirilən açıq Azərbaycan çempionatına yekun vurulub. 32 komandanın iştirak etdiyi yarışda “Lokomotiv-1” (Nina Neçay, Bəyaz Əliyeva) və “Sərhədçi-1” (Tural Həsənli, Cavid Süleymanov) qalib adını qazanıb.

Onlar gərgin mübarizə şəraitində keçən matçlarda müvafiq olaraq, “Milla” və “Aztelekom-2”ni məğlub ediblər. Bürünc medallar isə “Lokomotiv-2” (Aytac Zeynalova, Anna Moruşko) və “Gürcüstan” (Teymur Çabukyani, David Liparteliyani) voleybolçularına qismət olub.

 

Qadınlar

Bürünc medallar uğrunda

Azərreyl-1 – Lokomotiv-2 – 0:2

 

Final

Milla – Lokomotiv-1 – 0:2

 

Kişilər

Bürünc medallar uğrunda

Gürcüstan – Ənvərinşaat – 2:0

 

Final

Sərhədçi-1 – Aztelekom-2 – 2:0

 

Qeyd edək ki, mükafatlandırma mərasimində çempionlara medalları və hədiyyələri Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və I vitse-prezident Yan Xronik verib.

Daily Sport
46
Günün xəbərlərİ

Futbol
18.04.2014 14:12
Günün videosu